ui

 

Axırı ki, arzununuza çatıb maşın alırsınız? Bəs maşını idarə etməyi bacarırsınızmı?Yol hərəkəti qaydalarını bilirsinizmi? Evə işdən yorğun gəlirsiniz
və bundan sonra avtoməktəbə getməyə həvəsiniz yoxdur?
Bu halda bizim qəza əleyhinə distant+realdakı kurslar məhz Sizin ùçùn nəzərdə tutulub.

Nəzəri hissə xüsusi proqram ùzrə yazılmış silsilə videodərslər formatında keçilir. Siz bizim dərslərə gizli, yalnız Sizə veriləcək internet ünvanlardan baxa biləcəksiniz. Ümumi nəzəri videodərslərin sayı, hər biri 1 saat olaraq 18-dır. Bu dərslər imtahana hazırlıq dərsləri deyil, real yollara hazırlıq dərsləridir. Dərslərdə  Siz bütün nişanları tanıyacaq, onları yollarda tətbìq etməyi bacaracaq, yol ayrıclarının kećilməsi incəliklərini öyrənəcək, sfetofor işlədikdə və işləmədikdə nə edəcəyinizi biləcəksiniz. Lazım gəldikdə Sizinlə mobil telefon vasitəsilə - internet üzərindən əlaqə quracaq, Sizə çətinlik törədən bütün suallara bir daha cavab verəcəyik. Bu dərslərdə biz əsas fikrimizi təhlükəsiz maşın sürməyin sirlərinə yönəldəcəyik.  Qeyd edək ki, bu nəzəri kurslardan sonra Siz heç vaxt cərimələrə pul xərcləməyəcəksiniz. Bu səhifənin sonunda dərslərdən bir tanışlıq videosuna baxsanız, bizim kursların Səviyyəsini özünüz qiymətləndirə bilərsiniz. Videodərslərə  gün boyu Sizə uyğun olan hər hansı vaxtda baxa bilərsiniz, onlayn dərs-məsləhətlər isə yalnız axşam saatlarında olacaq.

hii
Nəzəri kursların qiyməti
8t8y9

18

dərs

Nəzəri kursların

qiyməti

 

Nəzəri kurslar paketi

18 gün

100 man

 

Nəzəri dərslərin mövzuları:

1. Xəbardarlıq nişanları, Üstünlük nişanları, Qadağan nişanları.

2. Məcburi hərəkət istiqaməti nişanları. Məlumatverici-göstərici nişanlar. (1 hissə)

3. Məlumatverici-göstərici nişanlar.(2 hissə), Servis nişanları, Əlavə məlumat nişanları.

4. Nişanların real yollarda tətbiqi.

5. Yolların nişanlanması.

6. Operativ nəqliyyat vasitələrinin hüquqları.

7. Svetoforun və nizamlayıcının siqnallarının yerinə yetirilməsi.

8. Hərəkətə başlama, manevretmə.

9. Nəqliyyat vasitələrinin hərəkət hissəsində yerləşməsi.

10. Avtomaqistrallarda hərəkət. Qəza dayanma işıqlarının qoşulması.

11. Hərəkət sürətinin seçilməsi.

12. Ötmə və qarşılıqlı keçmə.

13. Dayanma və durma.

14. Yol ayırıcılarının keçilməsi.

15. Piyada keçidləri. Marşrutla hərəkət edən ümumistifadədə olan nəqliyyat vasitələrinin üstünlüyü.

16. Dəmiryolu keçidlərində hərəkət.

17. İşıq cihazları. Yaşayış zonalarında hərəkət.

18. Cərimələr.

 

Yol Polisində imtahana hazırlıq dərsləri:

 

Nəzəri

dərslərin

müddəti

 

Nəzəri kursların

qiyməti

 

İmtahana hazırlıq paketi

18 videodərs+

şablonlar

2 ay

200 man

 

 

Praktik paket. Sürmə təlimi üzrə dərslər. Bu paket Sizin arzunuzla nəzəri kurslardan sonra və ya eyni vaxtda götürülə bilər. Bu kurslarda Siz maşını idarə etməyin incəliklərini öyrənəcəksiniz. Birinci dərs meydançada keçiriləcək.Sonra biz yollara çıxacayıq. Bu dərslərdə biz sizinlə nəzəri dərslərdə keçdiklərimizi praktikada tətbiq edəcək, maşını təhlükəsiz idarə etməyin sirlərinə yiyələnəcəyik. 10 dəsdən sonra Siz daha çox, misal üçun, 5 və ya 10 dərs də göturə bilərsiniz.

  • Praktik dərslərin qiyməti
ewr

Minimal

Dərslərin

sayı

Dərslərin keçirilmə məkanı

Kursun

qiyməti

Praktik dərslər paketi

45 dəqiqəlik

10 dərs

Meydança və şəhər yolları
350 man

 

Diqqət! Kampaniya çərçivəsində hər iki kursları (nəzəri və praktiki) birlikdə götürən tələbələrə 100 man endirim elan olunur. Yəni, praktik kursları nəzəri kurslarla birlikdə götürən şəxslərə sürmə təlimi dərslərinin biri 25 manata başa gəlir! Amma, bu 3 kursun hər birini ayrı-ayrılıqda da götürmək olar!

Ödənişsiz onlayn məsləhətlər

t

 

Kurslar vaxtı və kurslardan sonra Siz istənilən vaxt yol hərəkəti qaydaları, maşın sećimi və məsləhətli ustalar barədə bizə müraciət edə bilərsiniz. Bu «onlayn məsləhətlər» paketi Sizin ùçùn tam òdənişsizdir.

 

Bu kurslar kimlər üçündür?

1. Avtomobili təhlükəsiz idarə etmək istəyənlər üçün.

2. Yol hərəkəti qaydalarını incəliklərinə , ən xırda nyuanslarına qədər bilmək istəyənlər üçün.

3. Sükan arxasında bir neçə il olmaqlarına baxmayaraq, qaydaların bir qismini yaddan çıxaranlar üçün. Eləcə də yeni qəbul olunmuş qaydaları öyrənmək istəyənlər üçün.

4. Sürücülük vəsiqəsinə malik, lakin sürmə praktikasında böyük fasilə olanlar üçün.

5. Bundan sonra heç vaxt cərimə ödəmək istəməyənlər üçün.

6. Hətta başqalarının səhvi ucbatından belə, qəzaya düşmək istəməyənlər üçün.

 

Siz noutbukunuzda və ya telefonunuzda nəzəri dərslərə necə baxacaqsınız?

 

 

Indi isə nümunə dərsinə yüksək keyfiyyətdə və tam baxmaq istəyirsinizsə, bura tıklayın: İri formatda nümunə dərsi

 

Əlaqə nömrəsi 050 313 51 44 Nəzəri dərslərin müəllifi və qəza əleyhinə kursların baş məşqçisi Aqil Rəhimov.